MN: Ermənistan hərbçiləri Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə minalar basdırıb

MN: Ermənistan hərbçiləri Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə minalar basdırıb

Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirlərlə bağlı məlumat yayıb.

“Poliqon” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən 36000 hektaradək ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Aparılan minatəmizləmə əməliyyatları zamanı 10400 ədəd piyada əleyhinə mina, 3300 ədəd tank əleyhinə mina və 11850 ədəd partlamamış döyüş sursatı aşkar edilərək, zərərsizləşdirilib.

Qeyd olunub ki, Vətən müharibəsindən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərində basdırılıb.

CATEGORIES