MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Poliqon.az

CATEGORIES