MN: Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
Bu barədə “Polioqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Nazirlik yayılan bu məlumatı qəti surətdə təkzib edir.