
Modernləşdirilən MİG-29 Ukrayna HHQ-yə təhvil verilib
“Ukroboronprom” Dövlət Konserninə daxil olan Lvov aviasiya təmiri zavodu tərəfindən təmir və modernizasiya edilən bir ədəd MİG-29UB döyüş təyyarəsi Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Bu barədə “Poliqon” “Ukroboronprom”un mətbuat xidmətinə istinadən xəbər verib.
Məlumatda bildirilib ki, təhvil edilən MİG-29UB döyüş təyyarəsinin təmirdən sonra keçirilən sınaqları uğurla tamamlanıb.
Ukrayna HHQ-nin əsas döyüş təyyarəsi olan MİG-29-lardan həm pilotların təlimi və döyüş bacarıqlarının artırılması, həm də hərbi tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilir.
KATEQORIYA: Xəbərlər