
ABŞ istehsalı “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) komplekslərinin növbəti partiyası Litvaya çatdırılıb.
“Poliqon” Litva Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, çatdırılan TƏİR komplekslərinin dəyəri 7 milyon ABŞ dolları təşkil edir.
“Javelin” TƏİR kompleksi ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.
FGM-148 “Javelin” TƏİR kompleksi raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.





