Xəbərlər

Modernləşdirilən Tu-160M strateji döyüş təyyarəsinin uçuş sınaqları keçirilir

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan Birləşdirilmiş Aviatikinti Korporasiyası tərəfindən modernləşdirilən Tu-160M strateji bombardmançı təyyarənin uçuş sınaqları keçirilir.

Bu barədə “Poliqon”a “Rostex”in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, modernizasiyadan sonra, zavod sınaqlarını tamamlayan Tu-160M strateji döyüş təyyarəsi növbəti sınaqlar üçün “Tupolev” şirkətinin uçuş-sınaq mərkəzinə göndərilib.

Modernləşdirilmiş Tu-160M təyyarəsi yeni NK-32-02 mühərriki və bort avadanlığıyla təchiz edilib.

Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələrin invertarında hazırda 16 ədəd Tu-160 strateji döyüş təyyarəsi yer alır. Bu təyyarələrin modernizasiyası ilə yanaşı əlavə 50 ədəd Tu-160M2-nin istehsalı nəzərdə tutulub. Tu-160M2 strateji döyüş təyyarələrinin seriyalı istehsalına 2023-cü ildə başlanacağı planlaşdırılıb.

 

Back to top button