Müdafiə

Moskvada Azərbaycanın da iştirak edəcəyi ArMİ-2017 ilə bağl beynəlxalq konfrans keçirilib – FOTOLAR  

Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi ArMİ-2017 çərçivəsində Azərbaycanda keçiriləcək Dəniz kuboku – 2017 yarışının təqdimatını edib  

Moskvada “Patriot” konqres-sərgi mərkəzində ArMİ-2017 Beynəlxalq hərbi oyunlara hazırlıq üzrə 2-ci planlaşdırma konfransı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, konfransda Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov və komandan müavini, 1-ci dərəcəli kapitan Sübhan Bəkirov təmsil edir.

Konfransda Azərbaycanla yanaşı, yarışların keçiriləcəyi digər ölkələrin – Belarusun, Qazaxıstanın, Çinin müdafiə nazirliklərinin nümayəndələri, o cümlədən Asiya, Avropa və Amerikadan Rusiyada akreditə olunan hərbi attaşelər iştirak edib.

Konfransda yarışların və konkursların mərhələli keçirilməsi, onların yeri, xarici komandaların milli ərazilərdə qəbulu, maddi-texniki, məişət, tibbi təchizat, sərhədin hərbi eşalonlarla keçirilməsi və digər məsələlərə dair müzakirələr təqdimatlar keçirilib.

Konfrans çərçivəsində Armiya-2017-nin keçirilməsi üzrə Təşkilat Komitəsinin də iclası keçirilib. Məlumat verilib ki, iyulun 29-dan avqustun 12-dək ArMİ-2017 hərbi oyunları çərçivəsində 28 beynəlxalq konkurs, o cümlədən 5 yeni yarış keçiriləcək.

Konkurslar 5 ölkə ərazisində – Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çində baş tutacaq.

Çin ərazisində 6, Qazaxıstanda 3, Belarusda 1 hərbi yarışlar reallaşcaq.

Azərbaycan isə Xəzərdəki milli ərazi sularında Dəniz kuboku – 2017 yarışlarına ev sahibliyi edəcək.

Xatırladaq ki, Azərbaycan ilk dəfə olaraq bu səviyyəli hərbi yarışa – Dəniz kuboku-2017-yə ev sahibliyi edəcək. Dəniz kuboku-2017 adlanan yarışlar suüstü gəmilər arasında Xəzərin Azərbaycana aid olan ərazi sularında keçiriləcək. Açılış mərasimi Azərbaycan HDQ-nın Puta qəsəbəsində yerləşən bazasında reallaşacaq.

Yarışların keçirilməsi dənizçilər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dostluq münasibətlərinin genişlənməsi, döyüş hazırlığı və hərbi dənizçilik sahəsində təcrübənin artması məqsədi daşıyır.

İndiyə qədər bütün yarışlar Rusiyanın Xəzərdəki ərazi sularında keçirilib.

deniz3

deniz1

 

deniz3 1

deniz4

deniz5

 

 

 

Back to top button