Sənaye
Motorola Solutions “Bakı-2015” Avropa Oyunlarında rəqəmsal rabitəni təmin edəcək

“Motorola Solutions” şirkəti gələn il Bakıda keçiriləcək “Bakı-2015” Avropa Olimpya Oyunlarının rəsmi radio-kommunikasiya sponsoru olub.
Şirkət olimpiya oyunları zamanı rəqəmsal rabitə xidmətlərini təmin edəcək.
“Motorola Solutions” şirkətinin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Axel Rettig bildirib ki, təmsil etdiyi şirkətin iri beynəlxalq idman tədbirlərinə rabitə həllərinin çatdırılması sahəsində uzun tarixi var. Şirkət olimpiya oyunları zamanı etibarlı rabitəni təmin edəcək.



