AzərbaycanSənaye

MSN AQS-30 üçün daha güclü effektə malik sursatların istehsalına başlayıb

Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyi AQS-30 qumbaraatanları üçün 30 mm çaplı döyüş sursatının seriyalı istehsalına başlayıb.

Bu barədə “Azeri Defence”yə İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev məlumat verib.

Ç. Əliyevin sözlərinə görə, döyüş sursatı təkmilləşdirilib və göstəricilərinə görə digər ölkələrdə istehsal edilən analoqlarından üstündür.

“Bu sursatlar daha güclü partlayıcı elementə malikdir və təsir radiusu 6 metr təşkil edir. Artıq bir neçə ölkədən və Azərbaycan Silahlı Qüvvələrindən AQS-30 üçün sursatların sifarişlərini də almışıq”, – deyə müəssisə rəhbəri vurğulayıb.

 

 

Back to top button