MSN-nin “Şirvan Araz zavodu”nda partlayış baş verib

MSN-nin “Şirvan Araz zavodu”nda partlayış baş verib

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda partlayış baş verib.

“Poliqon” xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.

Hadisə zamanı iki nəfər – 1992-ci il təvəllüdlü Elçin Babayev və 2001-ci il təvəllüdlü İsmayıl Muradov əllərindən yüngül yanıq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

CATEGORIES