Sənaye
MSN üç ölkəyə məhsul ixrac edəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) cari ildə 3 xarici ölkədə keçirilən tenderlərdə iştirak edərək qalib olub. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Həmin ölkələrin adlarını açıqlamayan nazir 2014-cü ildən ixracat həyata keçiriləcəyini deyib.
Nazir ixrac olunacaq məhsullar barədə məlumat verməyib.
Nazir Y. Camalov qeyd edib ki, bu, 2014-cü ildə Azərbaycanın hərbi ixracatını əhəmiyyətli dərəcədə artıracaq.



