Xəbərlər
Müdafiə naziri: Azərbaycan Türkiyədən PUA-ların alınması məsələsinə baxır
Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarının (PUA) alınması məsələsinə baxır.
“AzeriDefence”nin məlumatına görə, bunu “Real TV”yə müsahibəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.
Nazir hansı tip pilotsuz uçuş aparatlarının alınacağı barədə əlavə məlumat verməyib.
Zakir Həsənov deyib ki, bu yaxınlarda təsdiqlənmiş hərbi maliyyə yardımı sazişi çərçivəsində Türkiyə Azərbaycana hərbi yardımlar edəcək.




