Xəbərlər

General-mayor ali hərbi rütbəsi ilə təltif olunan zabitlər kimlərdir – FOTO

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “Azeri Defence” Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Sərəncama əsasən, polkovniklər – Ağamir Əzizxan oğlu Sultanova, Anar Təvəkkül oğlu Kərimova, Namiq Sərəfruz oğlu İslamzadəyə və polkovnik Zaur Sabir oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor ali-hərbi rütbəsi verilmiş Ağamir Sultanov Raket-Artilleriya Qoşunlarının komandanıdır. O, Vətən müharibəsindən əvvəl birinci Qarabağ müharibəsində və 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub.

General-mayor Anar Kərimov Mühəndis-İstehkam Xidmətinin rəisi,  Zaur Məmmədov isə Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Hər iki zabit aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Hərbi Hava Qüvvələrinin zabiti olan Namiq İslamzadə isə hərbi pilot kimi döyüşlərə qatılıb.

FB IMG 1607342140165
Ağamir Sultanov
anar 2
Anar Kərimov
FB IMG 1607351378948
Namiq İslamzadə
Back to top button