Müdafiə

Müdafiə naziri cəbhə bölgəsinə gedib – FOTO

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Novruz bayramı münasibətilə təbrik edən müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Ön xətt mövqelərində vəziyyətlə bağlı məruzələri dinləyən Z. Həsənov müdafiənin dayanıqlığını, texnika və silahların, bölmələrin döyüş hazırlığı səviyyəsini, maddi-texniki bazanın vəziyyətini, eləcə də döyüş növbəsinin təşkilini yoxlayıb və qarşıda duran vəzifələri dəqiqləşdirib.

Sonra hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və nahar süfrəsi arxasında söhbət aparılıb. Nazir şəxsi heyətin sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb, düşmənin istənilən fəaliyyətinin qarşısının dərhal və qətiyyətlə alınması ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

1faa1bfe19645ff7c4ed43caf6f7b3ff 7ddc9cb299a6924f04305d243713d71a 7d5c76e6d09402f873c451802e7444ca

Back to top button