Müdafiə

Müdafiə naziri daha bir hərbi hissədə şəxsi heyətlə görüşüb – FOTO

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.

Müdafiə Nazirliyiin mətbuat xidmətində “AzeriDefenece”yə verilən məlumata görə, hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra, müdafiə naziri burada yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək xidmətdə fərqlənənlərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.

7895b7d2729df81766116e0e26ba7ddc

5116ef7fe4c8710068bb05c9a02c1ac6

678a5a40622e311febcb5181e8a29907

60218e55c02101ec807e6f47e7912f73

056d97e84d284b264a440a181c93d4e6 1

2524896203495b1e65cad34a426041e5

Back to top button