
Müdafiə naziri ermənilərin təxribatının qarşısının dərhal alınmasını əmr edib
Ermənistan silahlı qüvvələrinin törədə biləcəyi istənilən təxribatın qarşısı dərhal və qətiyyətlə alınacaq.
“Poliqon”un məlumatına görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün keçirilən xidməti müşavirədə göstəriş verib.
Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
CATEGORIES Xəbərlər