“Roketsan”ın müxtəlif məhsulları Azərbaycanda istehsal olunacaq
“Roketsan” şirkətinin baş direktoru Murat İkinci “Poliqon” jurnalına müsahibəsində Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni birgə layihələrin həyata keçirilməsi yollarından danışıb.
M.İkinci bildirib ki, bu yol xəritəsi sayəsində Azərbaycan müdafiə sənayesinə qazandırılacaq bacarıqlara dəstək olmaq və “Roketsan”ın müxtəlif məhsulları ilə bağlı birgə layihələr həyata keçirmək istəyirlər.
Onun sözlərinə görə, “Roketsan” şirkəti bu prosesin başlanması üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə lazımi addımları atır.
““Roketsan” olaraq dünən olduğu kimi, bu gün də, sabah da yüksək texnologiyalı məhsullarımızla Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə və Azərbaycan müdafiə sənayesinə güc qatmağa davam edəcəyik. Bir daha vurğulamaq istərdim ki, Türkiyə və “Roketsan” olaraq Azərbaycana hər cür imkan və dəstəyi verməyə davam edəcəyik”, – deyə Murat İkinci vurğulayıb.