Rusiya HDQ “Marlin-350” sualtı robotları ilə gücləndirilir
Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) minaaxtaran gəmilərinin heyətləri robot köməkçilərlə təchiz ediləcək.
“Poliqon” xəbər verir ki, bu məqsədlə Rusiya Müdafiə Nazirliyi “Marlin-350” sualtı aparatları alıb.
“Marlin-350” teleidarə olunan sualtı aparatları 2021-ci ildə Finlandiya körfəzində uğurla sınaqdan keçirilib. İndi isə Müdafiə Nazirliyi Şimal, Sakit okean, Qara və Baltik dəniz donanmalarının minaaxtaran gəmilərini təchiz etməkdən ötrü “Marlin-350” sualtı robotların alınması barədə qərar qəbul edib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Müdafiə Nazirliyi 45 ədəd yüngül sinif teleidarə olunan “Marlin-350” sualtı aparatlarının alınması üçün müqavilə imzalayıb və onlar üçün təxminən 604 milyon rubl (7,925 milyon ABŞ dolları) ödəyib. Belə aparatlar sualtı obyektlərin axtarışı, eləcə də 350 m-ə qədər dərinlikdə sualtı texniki, axtarış və baxış işlərinin aparılması üçün nəzərdə tutulub.
Bu sinfə aid aparatlar Müdafiə Nazirliyindən başqa Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) strukturları tərəfindən də axtarış əməliyyatlarında, akvatoriyaların mühafizəsində, boru kəmərlərinin və kabel xətlərinin yoxlanılmasında, buzaltı əməliyyatlarda, elmi tədqiqatlarda, neft və qaz yataqlarında fəal şəkildə istifadə olunur. Bundan başqa, aparat hidravlik markerləri quraşdırmaq və manipulyator tərəfindən tutulan obyektləri qaldırmaq üçün istifadə edilə bilər.
Əsas üstünlükləri aşağıdakılardır:
– kursda yüksək manevr və sabitlik;
– optimal çəki və ölçü xüsusiyyətləri;
– mobillik, minimum açılma vaxtı və idarəetmə asanlığı;
– hərəkətvericilərdə Motor Maxon maqnit muftalarının istifadəsi sayəsində yüksək etibarlılıq və texniki xidmətin asanlığı;
– sistemi genişləndirmək və əlavə avadanlıq quraşdırmaq imkanı.
Qeyd edək ki, teleidarə olunan insansız sualtı “Marlin-350” aparatı vektor sxeminə uyğun olaraq dördü üfüqi və ikisi şaquli olmaqla altı hərəkətverici ilə təchiz edilib.
Sualtı robot növbəti texniki xassələrə malikdir:
– işləmə dərinliyi – 350 m-dən çox olmayaraq;
– marş sürəti – 2,5 düyün.
– işçi temperaturunun diapazonu, °С:
- havanın -40…+50;
- suyun -2…+32;
– axının maksimal sürəti – 2 düyün;
– dənizin dalğalanması – 3 baldan çox olmayaraq;
– işıq-diod işıqlandırıcı – 2 ədəd;
– rəngli Full HD videokamera – 2 ədəd;
– kurs və dərinlik üzrə avtopilot – 1°;
– hidroakustik naviqasiya sistemi – 1° (tətbiq olunan sistem Applied Accoustics Alpha)
– kabel-burazın qalınlığı – 11 mm;
– kabel-burazın uzunluğu – 450 m;
– kompleksin enerji istehlakı – 2,5-3 kVt, 220 V;
– qabarit ölçüləri, mm:
- sualtı aparatın – 840x590x370;
- bucurğadın – 6820x800x720;
- suüstü modulun – rəf yeşiyi 13U
– kütlə, kq:
- sualtı aparatın – 50;
- bucurğadın (kabel-burazsız) – 27;
- ümumi kompleksin – 159;
– AA/CR123 tipli batareyadan işləmə müddəti – 20/40 saat.
Əhəd Əzizov