Müdafiə

Müdafiə naziri hərbi tibb müəssisələrində olub

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini çatdırıb.

Sonra hərbi qulluqçulara dövlət başçısı adından bayram sovqatları təqdim olunub.

8c2c93c921bf8a7427fed5728b6b6f85

 

0899eaf95f5aae37068bc4b556646d49

106ccb5eb7effc59a9c669bee5013306

f79c6f5e9435f599153ff37a9652b4c1

Back to top button