Müdafiə naziri “Kibertəhlükəsizlik təlimi – 2023” təlimini izləyib

Müdafiə naziri “Kibertəhlükəsizlik təlimi – 2023” təlimini izləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Kibertəhlükəsizlik təlimi – 2023” təlimini izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, baş idarə rəisi general-mayor Məmməd Eminov Kibertəhlükəsizlik qovşağında təlimlə bağlı müdafiə nazirinə məruzə edib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun Elektron İnformasiya Sisteminin tərkibində bütün növ qərargahlarla, həmçinin komanda məntəqələri ilə məlumatların təhlükəsiz mübadiləsini təmin etmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də sistemdə və digər informasiya resurslarında mövcud təhlükələr barədə istifadəçilərin maarifləndirilməsi, ehtimal olunan kiber hücumlara qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsidir.

Ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş qovşaqda keçirilən təlimdə hərbi qulluqçular kiber təhlükəsizlik tədbirləri üzrə müxtəlif tapşırıqları icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Müdafiə naziri təlimin gedişatını müsbət qiymətləndirib və Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

66744dc33e32644a3f954ac262077e63

Poliqon.az

CATEGORIES