Müdafiə naziri modernləşdirilən Su-25ML qırıcılarının effektiv tətbiqinə dair tapşırıqlar verib

Müdafiə naziri modernləşdirilən Su-25ML qırıcılarının effektiv tətbiqinə dair tapşırıqlar verib

İstanbulda baş tutan IDEF-2023 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlər əhəmiyyətlidir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 29-da keçirilən müşavirədə bildirib.

Müdafiə naziri silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş “Laçın”) hücum təyyarəsinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

Poliqon.az

CATEGORIES
TAGS