Müdafiə naziri ordunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının dərindən öyrənilməsini tələb edib

Müdafiə naziri ordunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının dərindən öyrənilməsini tələb edib

Müdafiə Nazirliyində bu gün keçirilən xidməti müşavirədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

“Poliqon” xəbər verir ki, general-polkovnik Zakir Həsənov hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılmasının, təminat yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb.

CATEGORIES
TAGS