Müdafiə

Müdafiə naziri Qusarda “Açıq qapı” günündə iştirak edib – FOTO

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları, ictimaiyyət nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar qarnizonunda yerləşən hərbi hissədə “Açıq qapı” günündə iştirak edib.

Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədəki barelyefinin önünə də gül dəstələri qoyaraq şəhidlərin xatirəsini bir daha ehtiramla anıblar. Daha sonra nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.

“Açıq qapı” günündə hərbi hissəyə gələn vətəndaşlar şəraitlə tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər. Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri narahat edən məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Xatirə olaraq hərbi hissə ərazisində Eldar şamı ağacları əkildikdən sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.

662f14cd751c36c0bf98f69042bf94d3 e1514651726309

c86470351cfe8775612651472ecaae20

190eadb9d79650d0406b78578cf9108b

efe4b4d03e1c2fdaa615f2e4f43dcbe7

7f618f67e94a76f48bceb22a80fe1725

8d877cd7848dd384a8d4e52688a7b63b

70432ade9becf37b65d669910ccb33f1

 

Back to top button