Müdafiə naziri: XTQ-nin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir

Müdafiə naziri: XTQ-nin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir

Xüsusi Təyinatlı Qüvvələrin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir.

“Poliqon” xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qarşısında çıxış edən zaman vurğulayıb.

Zakir Həsənov çıxışında bildirib ki, xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir.

Müdafiə naziri onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda qazanılan döyüş təcrübəsinin öyrənilməsi və müasir üsullarla keçirilən təlim-məşq prosesində tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

36805edd5b04fe97effa9521a40916a7

Poliqon.az

CATEGORIES