
Müdafiə naziri Zakir Həsənov İDEF – 2021 sərgisində iştirak edəcək
Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Müdafiə naziri Hulusi Akarın dəvəti ilə İstanbul şəhərində keçiriləcək İDEF – 2021 Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri İDEF – 2021 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Bildirilib ki, səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.
CATEGORIES Xəbərlər