Müdafiə Nazirliyi: Mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir

Müdafiə Nazirliyi: Mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmtəindən “Poliqon”a verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.

b66b45f5713edafabafcb167800fbb77

 

Poliqon.az

CATEGORIES