Müdafiə Nazirliyinin 3 hərbçisinə general-mayor rütbəsi verilib
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
- polkovnik Fərid Əlibaba oğlu Əliyevə
- polkovnik Namiq Süleyman oğlu Bayramova
- polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.
CATEGORIES Xəbərlər