Müdafiə

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttində olub – FOTOLAR

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Bu barədə “AzəriDefence”yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.

Ön xətdə düşmənlə üzbəüz səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.

Məlumatda o da qeyd olunub ki, cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olublar.

Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.

mn 4 e1496396609568

mn 5 e1496396628613

mn 6 e1496396644309

mn 1 1 e1496396827588

mn 11 e1496396773821

mn 10 e1496396747314

mn 9 e1496396723831

mn 8 e1496396703857

mn 7 e1496396663814

mn 3 e1496396593234

mn 2 e1496396574163

Back to top button