Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib

Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Ziyarət zamanı mətbuata müsahibə verən Müdafiə naziri vətəndaşların müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq göstərişlər verib.

zakir1

Zakir2

Zakir3

Poliqon.az

Back to top button