Müdafiə
Müdafiə Nazirliyinin rəhbərliyi HHQ-nin Təlim Mərkəzində olub – FOTOLAR

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim Mərkəzlərindən birində olub.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.
Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.










