Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının III hesabat-seçki Qurultayı keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurultayda Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Röfət Müfid-Zadənin 2012-2017-ci illərə dair Respublika Komitəsinin fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.
Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin növbəti beş ildə daha yüksək səviyyədə qorunması ilə bağlı Respublika Komitəsinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib və həmkarlar İttifaqının rəhbər orqanları seçilib.
Tədbirdə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi, şöbə müdirləri, birlik və idarə rəhbərləri iştirak ediblər.



