Xəbərlər

Müharibə əlillərinə minik avtomobili təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə 50 minik avtomobili təqdim edilib.

Bu barədə “Azeri Defence” saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il imtiyazlı şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onların da böyük hissəsi artıq verilib, qalanları isə ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

 

 

 

Back to top button