Murat İkinci: “Tayfun” raketinin müxtəlif variantları olacaq

Murat İkinci: “Tayfun” raketinin müxtəlif variantları olacaq

“Rokestan”ın istehsal etdiyi məhsullar həm müdafiə, həm də hücum qabiliyyətinə malikdir.

“Poliqon” xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə müsahibəsində “Roketsan” şirkətinin baş direktoru Murat İkinci söyləyib.

O bildirib ki, “Roketsan” şirkəti “Hisar” və “Siper” kimi hava hücumundan müdafiə (HHM) sistemləri ilə Türkiyənin havadan gələcək təhlükələrə qarşı müdafiəsini təmin edir və həmin təhdidlərin meydana çıxmadan yerləşdiyi yerdə məhv edilməsi üçün ölkəsinin idarə olunan sursat və uzaqmənzilli raket ehtiyacını qarşılayır: “Bu mənada “Tayfun” “Rokestan”ın öz imkanları, Tə-İn (tədqiqat və inkişaf) fəaliyyətləri və resursları ilə inkişaf etdirdiyi layihədir.

“Tayfun” 100% yerli resurslarla hazırlanmış layihədir və ölkəmizin raket texnologiyasında gəldiyi nöqtəni ən yüksək səviyyədə təmsil edir. Bu layihə çərçivəsində dərin zərbə və dərin hücum imkanları təmin edə biləcək bir məhsul Silahlı Qüvvələrimizə qazandırmışıq”.

Murat İkincinin sözlərinə görə, “Tayfun” raketi bir məhsuldan ibarət olmayacaq: “Onun variantları olacaq. Döyüş başlıqlarındakı qabiliyyət müxtəlifliyi ilə bir məhsul ailəsi kimi Silahlı Qüvvələrimizə xidmət göstərəcək strateji silah sistemi olacaq. Hazırda “Tayfun”un seriyalı istehsalı davam edir. Silahlı Qüvvələrimiz bununla bağlı ehtiyaclarını bizimlə bölüşür. Sonrakı mərhələlərdə “Tayfun” layihəsi hazır məhsul kimi deyil, öz variantları və yeni imkanları ilə Silahlı Qüvvələrimizin tələbatını ən yüksək səviyyədə ödəyəcək bir sistem kimi həyatını davam etdirəcək”.

CATEGORIES
TAGS