NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində treyninq keçirilir

NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində treyninq keçirilir

Milli Müdafiə Universitetində NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.

Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Poliqon.az

CATEGORIES
TAGS