NATO ölkələri ABŞ-dan “Puma 3 AE” PUA-ları alır
ABŞ-ın “AeroVironment” şirkəti Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində iki NATO ölkəsi ilə “Puma 3 AE” pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilələr imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə “AeroVironment” şirkəti məlumat yayıb.
Məlumata əsasən, şirkətin adı açıqlanmayan NATO ölkələri ilə imzaladığı müqavilələrin ümumi dəyəri 20 milyon 868 min ABŞ dolları təşkil edir. Müqavilənin şərtinə həm “Puma 3 AE” PUA-larının tədarükü, həm də ehtiyat hissə, təlim və logistik dəstək daxildir.
ISR əməliyyatların yerinə yetirilməsi üçün istifadə edilən “Puma 3 AE” üçüncü nəsil PUA-dır. Qanad açıqlığı 2.8 metr, uzunluğu 1.4 m olan PUA-nın ağırlığı 7 kiloqram, havada qalma müddəti isə 2.5 saatdır.
“Puma 3 AE”-nin idarəolunma mənzili 20 kilometrdir, ancaq LRTA (Long Range Tracking Antenna) sistemindən istifadə edilərək 60 kilometrə qədər artırıla bilər.