Nazir: Azərbaycan AK-74-dən imtina etməyəcək
Azərbaycanın “Kalaşnikov” avtomatlarından imtina edəcəyi barədə məlumatlar doğru deyil. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.
Nazirin sözlərinə görə, ilin sonuna qədər Azərbaycanda AK-74M tipli avtomat tüfəngin istehsalı təşkil ediləcək.
Qeyd edək ki, bu yaxınlarda bəzi KİV-lər Azərbaycan Silahlı Qüvvələrində əsas piyada silahı olan “Kalaşnikov” avtomatının İsrailin Tavor TAR-21 hücum tüfəngi ilə əvəz ediləcəyi, bunun üçün Bakıda zavodun tikildiyi barədə məlumat yayıb.
Azərbaycan istehsalı olan AK-74M avtomatının ilk nümunələri “Xəzri” adı ilə silahlanmaya qəbul olunub. Bu silahın analoqlarından fərqi üzərində Piccatini relsinin yerləşdirilməsi və dizaynında bəzi dəyişikliklərin aparılmasıdır.