AselsanManşetXəbərlər

“Nəfər-L” döyüş modulunun kalifikasiya sınaqları başa çatıb

Türkiyənin ASELSAN şirkəti “Nəfər” silah sisteminin yeni versiyası olan “Nəfər-L” döyüş modulunun kalifikasiya sınaqlarını tamamlayıb.

“Poliqon” xəbər verir ki, “Nəfər-L” döyüş modulu sabit platformalara, zirehli döyüş maşınlarına və digər taktiki xarakterli nəqliyyat vasitələrinə quraşdırıla bilər.

”Nəfər” döyüş modulunun dizaynı ona şərq və qərb istehsalı 25/30 mm-lik avtomatik topların, tank əleyhinə raketlərin, eyni zamanda 12.7 və 7.62 mm-lik silahların inteqrasiyasına imkan verir.

Həmçinin, aşağı siluetə malik olan döyüş modulu istifadəçiyə gündüz və gecə vaxtı sabit yaxud hərəkətli hədəfləri vurmaq imkanı verir.

Poliqon.az

Back to top button