“Neptun” kompleksləri Tatra şassisində istehsal ediləcək

Ukrayna Hərbi Dəniz Qüvvələri üçün RK-360MTs “Neptun” gəmi əleyhinə raket kompleksinin yeni divizionunun Müstəqillik gününə qədər hazır olması planlaşdırılıb. Yeni komplekslər Tatra şassisində quraşdırılacaq.
“Poliqon” xəbər verir ki, bu barədə “Security Talks” proqramına müsahibə verən “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun baş konstruktoru və baş direktoru Oleq Korostelyov bildirib. O, xüsusilə, “Neptun” gəmi əleyhinə raket kompleksinin Çex istehsalı Tatra avtomobilinin şassisinə köçürülmə planlarını təsdiqlədi.
Eləcə də, O.Korostelyov AvtoKrAZ İstehsalat Birliyinin iflasa uğraması səbəbindən Ukrayna Müdafiə Nazirliyinin verdiyi qərara görə diqqəti Tatra şassisinə yönəltdiklərini qeyd edib. Bununla birlikdə texniki baxımdan kompleksin dəyişməz qalacağını bildirib. Əvvəllər Tatra şassisinin Silahlı Qüvvələrdə istifadə edilməməsi səbəbindən bilavasitə Ukrayna hərbiçiləri üçün yalnız yeni şassinin mənimsənilməsinin və texniki qulluğunun texniki problem olacağını vurğulayıb.
İlkin planlara əsasən ilk maşınlar bu ilin avqust ayında hazır olmalıdır, lakin həm birinci divizionun maşınları, həm də onların qanadlı raketləri üçün tam sifariş gələn ilin birinci rübündə yerinə yetiriləcəkdir.
Konstruktor Bürosunun rəhbəri onu da qeyd edib ki, “Müdafiə Nazirliyi ilə imzaladığım plana görə, ümumilikdə gələn ilin birinci rübündə tədarükümüz var. Əlbətdə ki, avadanlıqların bir hissəsini Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə kimi hazırlamağı planlaşdırırıq. Avadanlıqların digər hissəsi təsdiqlənmiş və razılaşdırılmış qrafikə uyğun olaraq mərhələli şəkildə istehsal ediləcək”.
Beləliklə ehtimal etmək olar ki, yaxın müddətdə RK-360MTs gəmi əleyhinə raket kompleksi Tatra Т815-7Т3RC1 şassisində istehsal olunacaq və yeni nümunələr Ukraynanın Müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar cari ilin 24 avqustunda keçiriləcək hərbi paradda iştirak edəcəklər.

Əhəd Əzizov




