“Nexter Systems” şirkəti “Eurotank”ı üçün ASCALON topu hazırlayır

Fransanın “Nexter Systems” şirkəti, tanklar üçün “ASCALON” (Autoloaded and SCALable Outperforming gun) və ya “üstünlük əldə etmək üçün avtomatlaşdırılmış və miqyaslana bilən top” adlı əsas silah konsepsiyasını təqdim edib.
“Poliqon”un məlumatına görə, şirkətin açıqlamasında bildirilib ki, “ASCALON” tank topu, yaxın 50 il ərzində mümkün olan bütün təhdidlərə qarşı dura biləcək qədər güclü olmalıdır.
Yeni tank topunun hazırlanması zərurəti, gələcək silahın yalnız son nəsil ağır zirehlərinə qarşı durmalı olmaması, eyni zamanda yaxın onilliklərin təhlükələrini qabaqlamalı olması ilə izah olunur.
“2040-2050-ci illərdə NATO müttəfiq dövlətləri yüksək effektivli potensial münaqişə vəziyyətində olacaqdır ki, bu səbəbdən də quru qoşunlarına düşmən üzərində taktiki üstünlük əldə etmək üçün müasir silahlar lazım olacaq”, – deyərək “Nexter Systems” şirkəti açıqlama verib.
Şirkətdə gələcək silah üçün şərtlər tamamilə dəqiq müəyyənləşdirilib:
– ilk atışdan daha sürətli, böyük məsafələrdə və yüksək dəqiqliklə vurmaq;
– maddi-texniki məhdudiyyətlər minimuma endirmək.
Bu iddialı vəzifəni yerinə yetirmək üçün “Nexter Systems” şirkətində yenilikçi bir “yeni nəsil inqilabi silah” konsepsiyası hazırlayıblar. Şirkətə yeni silah yaratmağa, həm “Leclerc” tankı üçün 120 mm-lik topu ilə işləmənin çoxillik təcrübəsi, həm də 140 mm-lik topla əldə edilmiş təcrübə kömək edəcəkdir.
Belə topların yaradılması üçün lazım olan texnoloji həllər 2025-ci ilə qədər tamamilə tətbiq ediləcəkdir. “Nexter Systems”, bu topun gələcək “Eurotank MGCS” əsas döyüş tankı üçün əsas silah ola biləcəyinə də işarə edib.
Hazırda Almaniya və Fransa gələcəyin birgə döyüş tankının konsepsiyası üzərində işləyirlər. Əsas Yerüstü Döyüş Sistemi (Main Ground Combat System – MGCS) deyilən yeni sistem, iddialara görə 2030-cu illərin ortalarında yalnız Almaniyanın “Leopard 2” və Fransanın “Leclerc” əsas döyüş tanklarını əvəz etmək üçün deyil, eləcə də Avropada standart tank halına gətirilmək üçün nəzərdə tutulub. Müasir dövrdə Avropa ölkələrinin silahlı qüvvələrində 11 fərqli tank modeli mövcuddur. Bu isə, Avropa hərbi potensialının nə qədər müxtəlif növlü və parçalanmış olduğunu göstərir.

Əhəd Əzizov




