Niderland Ukraynanı itisürətli katerlərlə təmin edir

Niderland Ukraynanı itisürətli katerlərlə təmin edir

Niderland Ukraynanı itisürətli rezin, patrul və hücum katerləri ilə təmin edir.

Bu barədə “Poliqon” Niderland Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, bunların sırasına 14 ədəd sərt gövdəli şişmə qayıq (RHIB’s), 8 ədəd patrul kateri və CB-90 hücum katerləri daxildir.

Həmçinin Ukrayna üçün çoxlu sayda artilleriya mərmisinin sifariş edilməsi ilə bağlı Niderland tərəfindən Çexiya təşəbbüsünə 250 milyon avro ianənin edildiyi qeyd olunub.

Xatırladaq ki, Niderland hökuməti bu yaxınlarda Ukrayna üçün Çexiyanın “Excalibur Army” şirkətinə 9 ədəd DITA özüyeriyən artilleriya qurğusu sifariş edib.

CATEGORIES