Niderland Ukraynaya maddi yardım ayırıb
Niderland Ukraynaya 122 milyon avro dəyərində maddi yardım ayırıb.
“Poliqon” Niderland Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu məbləğ sursat və avadanlıqların satın alınması, eləcə də kibertəhlükəsizliyin gücləndirilməsinə xərclənəcək.
Maddi yardımın bölgüsü aşağıdakı kimidir:
- Artilleriya mərmilərinin alınması üçün 87 milyon avro;
- Avadanlıqların alınması üçün 25 milyon avro;
- Kibertəhlükəsizliyin yaxşılaşdırılması üçün 10 miyon avro.