Nigeriya Çindən “Type 89” transportyorları alıb
Nigeriya Ordusu artıq Çinin “Norinc” şirkətindən alınmış 60 ədəd “Type 89” (ZSD-89 və ya YW-534) zirehli transportyorlarından (ZTR) istifadə edir.
“Poliqon” Nigeriya mətbuatına istinadən xəbər verir ki, alqı-satqı barədə uzun müddət şaiyələr gəzsə də, zirehli texnikalar barədə yalnız indi rəsmi məlumatlar paylaşılır.
Bildirilir ki, alınmış “Type 89” ZTR-lərin yaxın vaxtlarda döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndəriləcək.
Qeyd etmək lazımdır ki, Nigeriyadan başqa “Type-89” ZTR-ı Çin, Efiopiya və Şri-Lanka silahlı qüvvələrinin silahlanmasında yer alır.
Əsas xassələri: növü – tırtıllı, gövdənin uzunluğu – 6125 mm, gövdənin eni – 3060 mm, hündürlüyü – 2590 mm, zirehin növü – güllə və qəlpə əleyhinə, silahı – 1 ədəd 12,7 mm QJC-88 (W-85), mühərriki – BF8L413F, mühərrikin gücü – 320 at gücü, şossedə hərəkət sürəti – 65 km/saat, suda üzmə sürəti – 6 km/saat, şossefə yanacaq üzrə gediş ehtiyatı – 500 km, asqının növü – hidravlik amortizatorlu fərdi torsion.
Əhəd Əzizov