Norveç yeni NASAMS zenit-raket kompleksləri alır

Norveç yeni NASAMS zenit-raket kompleksləri alır

Norveç hökuməti “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkətinə yeni NASAMS zenit-raket kompleksləri sifariş edib.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 1.4 milyard NOK (133.7 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, istehsal ediləcək NASAMS ZRK-lərin 2026-2027-ci illər ərzində çatdırılması planlaşdırılıb.

Qeyd olunub ki, yeni NASAMS-lar hava təhlükələri ilə mübarizə aparmaq üçün Norveçin müdafiə qabiliyyətini gücləndirəcək.

CATEGORIES
TAGS