HavaXəbərlər

Növbəti A400M hərbi nəqliyyat təyyarəsi sifarişçiyə çatdırılıb

“Airbus” şirkətinin “Airbus Defence and Space” bölməsi ikinci A400M hərbi nəqliyyat təyyarəsini İndoneziya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, bununlada İndoneziyanın 2021-ci ildə sifariş etdiyi iki ədəd A400M təyyarəsinin çatdırılması tamamlanıb.

Qeyd edək ki, ilk A400M təyyarəsi 2025-ci ilin sonunda İndoneziya Müdafiə Nazirliyinə çatdırılıb. Təyyarələr İndoneziya Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən istismar ediləcək və ölkənin ağır yükdaşıma imkanlarını artıraraq, müxtəlif hərbi və humanitar missiyaları asanlıqla yerinə yetirməyə imkan verəcək.

Həmçinin “Airbus” İndoneziya HHQ-yə təyyarənin problemsiz istismara daxil olmasını təmin etmək məqsədilə geniş təlim və texniki dəstək xidmətləri göstərəcək.

Back to top button