Növbəti BMP-3 PDM-ləri Rusiya Ordusuna təhvil verilib

Növbəti BMP-3 PDM-ləri Rusiya Ordusuna təhvil verilib

“Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi 2024-cü ildə BMP-3 piyada döyüş maşınlarının (PDM) ikinci partiyasını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Yüksək dəqiqlikli komplekslər” holdinqi məlumat yayıb.

Məlumatda cari ilin fevral ayında Rusiya Müdafiə Nazirliyinə çatdırılan PDM sayının ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 dəfə çox təşkil etdiyi bildirilib.

Qeyd olunub ki, “Kurqanmaşzavod” müəssisəsi Rusiya Ordusunun ehtiyaclarına uyğun şəkildə istehsal həcmini artırmağa davam edir.

CATEGORIES
TAGS