“Nurol Makina” şirkəti “Əjdər Yalçın”nın ambulans konfiqurasiyasını təqdim edib

“Nurol Makina” şirkəti “Əjdər Yalçın”nın ambulans konfiqurasiyasını təqdim edib

Türkiyənin “Nurol Makina” şirkəti IDEF-2021 sərgisində ilk dəfə “Əjdər Yalçın” zirehli maşının ambulans konfiqurasiyasını nümayiş etdirib.

“Nurol Makina” şirkətindən “Poliqon”a verilən məlumata görə, “Əjdər Yalçın”ın zirehli ambulans konfiqurasiyası döyüş şəraitində çətin ərazilərdə xilasetmə işlərini təhlükəsiz aparmaq üçün MEDEVAC (Hərbi Sanitar Maşın) qabiliyyətinə malik dizayn edilib və yeni nəsil mühafizə sistemi ilə təchiz edilib.

Ambulansın dizaynında bugünkü döyüş sahəsinin ehtiyaclarını nəzərə alaraq, bütün funksiyaları və imkanları hərbi standartlarına uyğunlaşdırılıb. Ambulans NATO standartlarına uyğun olaraq hazırlanıb.

Ambulansda tibbi personalın istifadəsi üçün lazım olan bütün tibbi avadanlıq və aparatlar mövcuddur. O cümlədən zirehli ambulans ağır yaralanmaların qarşısını almaq üçün oksigen silindrindən, vakuum aspiratoru və defibratora qədər bir çox avadanlıqlarla təchiz edilib.

“Nurol Makina” mütəxəssislərinin sözlərinə görə, şirkət hətta müştərilərin istəklərinə uyğun olaraq “Əjdər Yalçın”ın iki ayrı ambulans konfiqurasiyasını təklif edir.

Ambulansın 6 nəfərlik oturacaq tutumlu konfiqurasiyasında 2 xəstə uzanılı, 7 nəfərlik oturacaq tutumlu konfiqurasiyada isə bir xəstə uzanılı və 2 xəstə oturulu müalicə və ya təxliyə oluna bilər.

MRS5911

MRS5915

MRS5948

MRS5952

Poliqon.az

CATEGORIES
TAGS