
ABŞ Senatından tələb
ABŞ Senatı yeni qanadlı raketin yaradılması proqramının əleyhinə çıxış edib.
“AzeriDefence”nin “Defense News”a istinadən verdiyi məlumatına görə, ABŞ-ın Demokratlar partiyasından olan bir qrup senator nüvə başlıqlı yeni LRSO (Long-Range Standoff) qanadlı raketin yaradılması proqramının dayandırılmasını tələb ediblər.
Senatorlar adıçəkilən raketin yaradılmasına sərf olunan maliyyə vəsaitinin dünyada nüvə silahı əleyhinə proqramların həyata keçirilməsinə xərclənməsini istəyiblər.
2016-cı ildə də senatorlardan ibarət həmin qrup bu tələblə prezident Barak Obamaya da müraciət ünvanlamışdı.
Məlumatda o da qeyd olunub ki, nüvə başlıqlı LRSO qanadlı raketlərinin yaradılmasına ABŞ-ın dövlət büdcəsindən 20 milyard dollar vəsait ayrılıb.
Xatırladaq ki, aviasiya raketi olan LRSO (Long-Range Standoff) 2030-cu ilə kimi yaradılması nəzərdə tutulub. LRSO hazırda silahlanmada olan ALCM raketini əvəzləyəcək.



