Oman HHQ “Rafale” döyüş təyyarələri ilə maraqlanır
Oman Hərbi Hava Qüvvələri (HHQ) Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal edilən “Rafale” döyüş təyyarələri ilə maraqlanır.
Bu barədə “Poliqon” “La Tribune” nəşrinə istinadən xəbər verib.
Qeyd edək ki, hazırda Oman HHQ-nin aviasiya parkında F-16 və “Eurofighter Typhoon” döyüş təyyarələri yer alır. Buna baxmayaraq, Oman HHQ “Rafale” qırıcıları ilə hərbi aviasiya parkını daha da gücləndirmək istəyir.
Xatırladaq ki, körfəz ölkələrindən Səudiyyə Ərəbistanı da “Rafale” döyüş təyyarələrini almaq niyyətindədir.