Xəbərlər

“Oncilla” döyüş maşınları Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib

“VK Sistema” Elmi-istehsalat şirkətində yığılan “Oncilla” döyüş maşınlarının növbəti partiyası Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Təhvil verilən partiya iki zirehli texnikadan ibarətdir.

“Poliqon” xəbər verir ki, bu barədə “VK Sistema” şirkətinin mətbuat xidməti xəbər verib.

“Oncilla” zirehli döyüş maşını Polşanın “Mista” şirkətinin istehsalı olan “Dozor-B” zirehli maşınının lisenziyalı versiyasıdır. Ballistik və minadan mühafizə üzrə NATO STANAG 4569 standartına uyğun olaraq 3-cü səviyyəyə cavab verir.

“Oncilla” zirehli döyüş maşınının Fransanın “Lacenaire Limited Сo” şirkətinin iştirakı ilə təkmilləşdirilmiş sınaq nümunəsi ilk dəfə ictimaiyyətə 1 sentyabr 2014-cü il tarixində, MSPO-2014 XXII Beynəlxalq Müdafiə Texnologiyaları Sərgisində (Kielce, Polşa Respublikası) nümayiş olunub. Zirehli vasitə qəfəsli mühafizə ekranları, şassinin gediş hissəsi yeni detallarla və yeni sükanla təchiz edilib.

Növbəti dəfə “Oncilla” zirehli döyüş maşını 9-21 may 2015-ci il tarixlərində IDET 2015 silah sərgisində (Brno, Çex Respublikası), nümayiş etdirilib. Bu model isə Kiprin “Lacenaire Ltd.” şirkətinin iştirakı ilə təkmilləşdirilib. Təkmilləşdirmə zamanı maşının üzərinə 190.5 at gücündə DEUTZ BF 4M 1013 FC dizel mühərriki əvəzinə 209.5 at gücünə sahib IVECO NEF 4 ENTC dizel mühərriki, ABŞ istehsalı Allison 1000 transmissiyası və Polşanın “WB Electronics” şirkətinin istehsalı FONET radiostansiyası quraşdırılıb.

Qeyd edək ki, 2016-cı ildə Polşanın “Dozor-B” versiyasının Ukraynada sınaqlardan keçirildiyi bildirilib, lakin nəticələri haqqında heç bir məlumat verilməyib.

2020-ci ilin fevral ayında Ukrayna Nazirlər Kabineti, “Oncilla” döyüş maşınları da daxil olmaqla Silahlı Qüvvələrə 2019-cu ildə bəzi silah nümunələrinin tədarükü barədə məlumat açıqlayıb. Lakin məlumatda Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən “Oncilla” döyüş maşınlarının ümumi sayı açıqlanmır.

“Oncilla” döyüş maşınlarından başqa, “VK Sistema” şirkəti, Ukrayna Silahlı Qüvvələrinə MT-LB yüngül zirehli çoxməqsədli dartıcı əsasında MT-LB S zirehli tibbi nəqliyyat vasitələri tədarük edir və bu yaxınlarda MT-LB bazasının yenilənmiş MT-LBU S versiyanı təqdim edib.

Tibbi təxliyyə vasitəsinin yeni versiyasına baza şassisinə nisbətən sürücü-mexanik üçün zirehli şüşə, asfalt tırtıl başmaqları, yeni işıqlandırma cihazları və gövdənin dəyişdirilmiş arxa hissəsinin dəyişikliyi kimi əlavələr edilib.

FB IMG 1619568165969

Əhəd Əzizov

Back to top button