“Oshkosh Defense” ABŞ Ordusundan əlavə taktiki maşın sifarişi alıb

“Oshkosh Defense” ABŞ Ordusundan əlavə taktiki maşın sifarişi alıb

“Oshkosh Defense” şirkəti ABŞ Ordusuna əlavə FMTV A2 taktiki maşınlar tədarük edəcək.

“Poliqon” “Oshkosh Defense”yə istinadən xəbər verir ki, bunun üçün şirkət ABŞ Ordusundan 201 milyon dollar dəyərində sifariş alıb.

Qeyd edək ki, FMTV A2 taktiki maşını istifadəçiyə yüksək qoruma səviyyəsi, yükqaldırma qabiliyyəti, hərəkətlilik və mobillik təmin edir. Müxtəlif tapşırıqları yerinə yetirə və 3 tondan 10 tona qədər faydalı yük daşıya bilən FMTV A2-nin 16 fərqli modifikasiyası və müvafiq qoşquları var.

Bu günə qədər “Oshkosh Defense” ABŞ Ordusundan ümumi dəyəri təxminən 858 milyon dollar olan 2000 ədəd FMTV A2 və 982 ədəd FMTV treyleri üçün sifarişlər alıb.

Poliqon.az

CATEGORIES
TAGS